Ümidsizlik və təvəkkülsüzlüyə qapılanların gizli səmimiyyətsizlikləri

Şeytanın insanları doğru yoldan uzaqlaşdıra bilmək üçün işlətdiyi ən mühüm üsullardan biri də, onları “ümidsizliyə və bədbinliyə sürükləmək”dir. Şeytan cahiliyyə inancını yaşayan insanlara ümidsizlik, təvəkkülsüzlük kimi davranış pozuntularını məqbul göstərmiş və beləliklə də, onları inkara sürükləmişdir. Eyni üsulu iman gətirənlər üzərində də işlətmək və bu cahiliyyə əxlaqını mənimsədərək, onları da Quran əxlaqından və imandan uzaqlaşdırmaq istəyər. Çünki Quranın; "...Allahın rəhmətindən ümid kəsməyin. Çünki kafirlərdən başqası Allahın rəhmətindən ümid kəsməz" (Yusif surəsi, 87) ayəsiylə bildirildiyi kimi, ümidsizlik mühüm inkar əlamətidir. Bu həqiqəti bilən şeytan, qəlbində xəstəlik olan insanlar üzərində ümidsizlikdən təsirli silah kimi istifadə edər. Lakin bunu edərkən digər bütün hiylələrində olduğu kimi, onları necə bir təhlükəyə sürüklədiyini hiss etdirməmək üçün hər cür oyuna əl atar. Onlara açıq şəkildə; "Allahın rəhmətindən, bağışlanmaqdan ümid kəsin" kimi təkliflər verdiyi təqdirdə, oyunlarının üstünün açılacağını və müvəffəqiyyət qazana bilməyəcəyini bilər. Çünki imandan xəbərdar olan bir insan, belə düşüncəyə qapılmağın imandan dönmək mənasına gələ biləcəyini də bilər. Şeytan bu vəziyyətdə ümidsizliyi müxtəlif düşüncələrin arxasına gizlədərək, məqbul və qanuni görünən bəhanələrlə ört-basdır edərək onlara yaşatmağa çalışar. Belə vəziyyətdə insan açıqca; "ümidimi itirdim", "hər cür xeyrdən ümidimi kəsdim" kimi bir üslubdan istifadə etməz bəlkə də, lakin bu inancın tələbini bütün əxlaqında yaşayacaq və həyatını bu düşüncələr əsasında yönləndirmiş olacaq. Şeytanın istədiyi də onsuz da bu nəticəni əldə edə bilməkdir. Hansı yolla olsa da, insanları əzaba yaxınlaşdırmaq...
Şeytan, bu hədəfinə nail ola bilmək üçün çox sistemli, incə üsullara əsaslanan və planlı bir yol izləyər. Mərhələ-mərhələ fərqli üsullardan istifadə edərək insanı istədiyi vəziyyətə gətirməyi hədəfləyər. Vicdanlarının səsini susdurub, nəfslərinin istəklərinə tabe ola bilmək üçün onsuz da bəhanə axtaran bu insanlar, şeytanın özlərinə göstərdiyi bu yola asanlıqla təslim olarlar. Şeytan onlara əvvəlcə ortada “çox böyük problemlər, çox ciddi çatışmazlıqlar olduğu bəhanəsini göstərər. Bu bəhanəyə sığınan insanlar “bu problemlərin üstəsindən gəlinməsi çox çətin, içindən çıxılması çox zəhmət tələb edən mövzular” olduğunu müdafiə edərək vicdanlarını rahatlaşdırmağa çalışarlar. “Səmimiyyətlə əllərindən gələn hər şeyi etdiklərini, lakin hər yolu sınadıqları halda, heç cür nəticə ala bilmədiklərini, heç cür problemlərinin üstəsindən gələ bilmədiklərini iddia edərlər. Ortada "sonsuz dövr" olduğunu, həllsizliyin onları zəruri olaraq çarəsizliyə sürüklədiyini irəli sürərlər. Sığındıqları bu səmimiyyətsiz bəhanəyə görə, bu onların əlində olan vəziyyət deyil; içərisində olduqları vəziyyət və yaşadıqları hadisələr onları bu qənaətə gəlməyə məcbur edir”. Artıq hüznə qapılmış və ümidlərini itirənlərdən olmuşdurlar. Şeytan bu insanlar üzərində oynadığı oyunu tamamlamışdır.
Lakin bu da unudulmamalıdır ki, həmin bu insanlar, irəli sürdükləri bütün bu bəhanələrin səmimiyyətsizliyini və yalan olduğunu çox yaxşı bilirlər. Ümidsizliyin, təvəkkülsüzlüyün və belə çarəsiz bir üslubun, Quran əxlaqına qətiyyən uyğun olmadığını bilirlər. Vicdanları anbaan özlərinə etdikləri səmimiyyətsizliyi xatırladır, onları Quran əxlaqına uyğun şəkildə düşünməyə çağırır. Lakin onlar şeytanın göstərdiyi bu yoldan, nəfslərinin azğınlığı naminə bilə-bilə bir bəhanə kimi istifadə edirlər.
Vicdanlarının səsini bilə-bilə susdurub, səmimiyyətsizliyi seçmələri bu insanların böyük vicdan əzabı yaşamalarına səbəb olar. Bu vicdan sıxıntısından ötrü, həm zehni, həm də fiziki cəhətdən xeyli çökərlər. Şeytanın təlqinlərinə qeyd-şərtsiz tabe olduqları üçün içərisində olduqları bu vəziyyətə qarşı mübarizə aparacaq, səmimiyyətsizlikdən xilas olmaq üçün yeni bir həmlə edəcək gücü özlərində tapa bilməzlər. Əvvəlki hissədə qeyd etdiyimiz kimi, belə insan, şeytanın təsiriylə hər şeyi normal axışına buraxıb sıxıntılarıyla, əzablarıyla həyat sürməkdən başqa çıxış yolu qalmadığına özünü razı salmağa çalışar. Sanki ölümü gözləyirmiş kimi müxtəlif fəaliyyətlərlə məşğul olmağa, etdiyi səmimiyyətsizliyin dünyada və axirətdə səbəb ola biləcəyi aradan qaldırılması mümkün olmayan təhlükələri unutmağa çalışar. Çünki Allah; "insanların elələri vardır ki; "biz Allaha və axirət gününə iman gətirdik" deyərlər; halbuki iman gətirmiş deyildirlər. (Guya) Allahı və iman gətirənləri aldadırlar. Halbuki onlar, təkcə özlərini aldadır və bunu anlamırlar. Qəlblərində xəstəlik var. Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də, onlar üçün ağrılı-acılı əzab var" (Bəqərə surəsi, 8-10) ayələriylə özlərini və iman gətirənləri səmimiyyətsizcə aldatmağa çalışan bu insanlar üçün ağrılı-acılı əzab olduğunu bildirir. Həmin bu insanlar da bu vəziyyəti dərk edirlər.
Lakin Allahdan lazımınca qorxmamalarından ötrü bu həqiqəti düşünmək əvəzinə özlərinə xatırladılan əzabı unutmağa çalışarlar. Bunun üçün bəzən fiziki cəhətdən yorucu işlərlə məşğul olaraq, bəzən sıx zehin məşğul edən işlərə dalaraq, bəzən də yalnız yorğun və miskin şəkildə yataraq vaxt keçirərlər. Məhz bu mərhələdə şeytanın vəzifəsi də böyük ölçüdə tamamlanmış olar. Bu vəziyyətə gətirdiyi; daxilən inanılmaz şəkildə çürüdüb çökdürdüyü bir insanla artıq daha çox vaxt itirməsinə ehtiyac qalmamışdır. Hərdənbir onun bu düşüncələrini yeniləməsi, ona vəziyyətinin ciddiliyini, həllsizliyini və içərisində olduğu çarəsizliyi xatırladaraq onu kədərləndirməsi kifayət edəcək. Çünki artıq bu mərhələdən sonra insan, şeytanın vəzifəsini bütün təfsilatlarıyla öz boynuna götürmüş olacaq; onun min dəfələrlə zehnindən keçirərək əzbərlətdiyi fikirlərini, artıq öz-özünə təkrarlayıb xatırladacaq. Artıq bunlar onun üçün vəsvəsə və ya xülya kimi deyil, qəti həqiqətlərmiş kimi inandığı mühakimə olaraq zehnində yer tapacaq.
Şeytanın təsiri altında olduğu üçün imanı yaşamamaqda müqavimət göstərən insan, əslində tam yaşayan ölü kimidir. Həyatdan, nemətlərdən, insanlardan, bir sözlə, heç nədən zövq almaz. Ruhu korlaşmış, zehni bulanıqlaşmış, bədəni, ruhundakı bu yükü daşımaqdan yorulmuş, taqətsiz qalmışdır. Şeytanın, vicdanını, zehnini, bədənini sanki qabıq kimi örtüb, üzərində tam hakimiyyət qurduğu bu insan, artıq görünüşü, şövqsüzlüyü və zehnini bürüyən şeytani ruh halı ilə, şeytanın təbliğini edən elçi mövqeyinə gəlmişdir. Halı, rəftarı, danışıqları, üz ifadəsi, səs tonu və ümidsiz, çarəsiz, həllsiz danışmalarıyla ətrafındakı insanları da özüylə eyni bezginliyi və ümidsizliyi yaşamağa çağıran kimidir.
Belə bir mərhələdə həqiqətən iman gətirən şüuru açıq insanların bu insana olan çağırışları, yol göstərmələri çox böyük nemətdir. Öz ağlı, mühakiməsi çökmüş bir insan üçün, həqiqətləri görə bilən, yaxşı və pisi, doğru və yanlışı ayırd edə bilən insanların təmiz ağılları Allahın rəhmətinin təcəllisidir. Möminlər, özlərinə fayda və zərər verəcək şeyləri ayırd edə bilməyəcək vəziyyətə düşmüş, bu insanları Quran əxlaqına, dünyada gözəl həyata, axirətdə isə qurtuluşa çağırırlar. Bu, həmin bu insanların bəlkə də ölmədən əvvəl qarşılarına çıxan son imkanları, özlərinə edilən son xəbərdarlıq və dünya həyatı ilə yanaşı sonsuz həyatlarını da əzab içərisində keçirmələrinin qarşısını ala biləcək son təbliğ ola bilər. Bu məqamda Allaha, Qurana və səmimi möminlərin tövsiyələrinə qeyd-şərtsiz təslim olmaq və Qurana görə hərəkət etmək lazımdır. Bu təqdirdə, Allahın mərhəməti sayəsində insan şeytanın təsirindən xilas ola biləcək, həqiqi imanı yaşaya biləcəyi ağla və vicdana sahib ola biləcək. Lakin bunun üçün əvvəlcə ümidsiz düşüncələrindən, təvəkkülsüz fikirlərindən tamamilə xilas olmalıdır.
Sonrakı sətirlərdə şeytanın insanları hansı yolla həllsizliyə və ümidsizliyə sövq etdiyini, onlarla zehinlərində necə danışdığını, bu danışıqların gecə-gündüz demədən günün 24 saatı, aylarla, illərlə imtina etmədən, hər an necə fərqli formalara bürünərək davam etdiyini nümunə verərək izah edəcəyik. Lakin bundan əvvəl bu rəftarın Quran əxlaqıyla necə ziddiyyət təşkil etdiyinə və səmimi iman gətirən bir insanın şeytanın bu təhriklərinə qarşı nə cür rəftar göstərməsinin lazım olduğuna toxunacaq, Quran əxlaqı yaşandığı təqdirdə şeytanın bu oyununun iman gətirənlər üzərində heç bir təsirinin olmayacağını izah edəcəyik.

 

 

Quran əxlaqında ümidsizliyin və təvəkkülsüzlüyün yeri yoxdur

Allah Quranda insanlara, qarşılarına çıxa biləcək hər cür hadisə haqqında ən doğru həll yollarını bildirmişdir. Buna görə də, iman gətirən bir insanın həyatında həlli olmayan heç bir məsələ yoxdur. Allahın Quranda göstərdiyi yola tabe olduğu təqdirdə mömin, qarşılaşdığı hər problemin üstəsindən rahatlıqla gələ bilər. Allah hz. İbrahimə bu vəziyyəti; "dedilər: "Səni həqiqətlə müjdələdik; elə isə ümid kəsənlərdən olma" (Hicr surəsi, 55) ayəsi ilə bildirmişdir.
"And olsun, Biz Quranı zikr (öyüd alıb düşünmək) üçün asanlaşdırdıq. Lakin öyüd alıb düşünən var mı?" (Qamər surəsi, 17) ayəsiylə bildirildiyi kimi, Allah İslam dinini insanlar üçün asanlıq dini etmişdir. İnsan həyatı boyu hansı çətinliklə qarşılaşsa da, necə böyük səhv etsə də, Allah bunların hər biri üçün bir çıxış yolu yaratmış və bunları Quran vasitəsilə qullarına bildirmişdir. İnsanın din əxlaqının bu asanlığını qavraya bilməsi üçün, Rəbbimizin üstün sifətlərini təqdir edə bilməsi, Allahın sonsuz gücünü, sonsuz elmini qavraması lazımdır. Bu şüura malik bir insanın həyatında ümidsizliyin, həllsizliyin, çarəsizliyin yerinin olması qeyri-mümkündür. Allah səmimi-qəlbdən iman gətirənlərin vəlisi, dostu, köməkçisi, yol göstəricisidir. Onları hər cür sıxıntıdan, hər cür çətinlikdən qurtarmağa qadirdir.

Və səni asan olan üçün müvəffəq edəcəyik. (Əla surəsi, 8)

 

Deməli, həqiqətən çətinliklə birlikdə asanlıq var. Həqiqətən çətinliklə birlikdə asanlıq var. Bu zaman boş qaldığın vaxt, dayanmadan (dua və ibadətlə) yorulmağa davam et. Eləcə də, təkcə Rəbbinə rəğbət et. (İnşirah surəsi, 5-8)

Ayələrdə bildirildiyi kimi, insanın bu asanlıqları görə bilməsi üçün etməsi lazım olan "təkcə Rəbbimizə yönəlmək"dir. Lakin bəzi insanlar şeytanın və nəfslərinin özlərini istiqamətləndirməsinə icazə verdikləri üçün, Quranda bildirilən bu asanlıqdan məhrum qalmış olarlar. Bir tərəfdən yanlış yolda olduqlarını görər, digər tərəfdən isə bu vəziyyəti Allaha təslim olmaq əvəzinə, yenə şeytanın köməyi ilə həll etməyə çalışdıqları üçün həmişə çıxılmaz vəziyyətlə üzləşərlər. Quran əxlaqına qayıtmadıqları müddətcə bu vəziyyət həmişə təkrarlanar. Şeytan da bitmək bilməyən bu təkrarların həllsiz vəziyyətlə qarşı-qarşıya olunmasından qaynaqlandığı düşüncəsini ortaya atar. Həmçinin getdikcə bu insanları bu düşüncəni vəsvəsə halına gətirəcəkləri şəkildə razı salar. Halbuki çıxış yolu tapa bilməmələri tamamilə Quranda bildirilən yola tabe olmamalarından qaynaqlanır.
Əsil mühüm məsələ isə, bu insanların əslində istədikləri təqdirdə dərhal bu ruh halından xilas ola biləcəkləridir. Çünki vicdanları özlərinə nələr etməli olduqlarını söyləyir. Allaha sığınmağın onları bu çıxılmaz vəziyyətdən xilas edəcəyini, Allahın bütün dualara cavab verən olduğunu, onlara mütləq kömək edəcəyini, Allah vicdanları ilə ilham edir. Lakin onlar şeytanın təsiri altında olduqları və iman gətirənlərə qarşı bu inkar əxlaqından fürsət kimi istifadə edib, istədikləri bəzi şeyləri əldə etmək üçün, xüsusən şeytanla əməkdaşlıq etməyə davam edər, bu rəftarlarından imtina etməzlər.

 

 

Ümidsizliyə qapılan insanların gizli səmimiyyətsizlikləri

Ümidsizliyə qapıldıqlarını söyləyərək, xeyirdən ötrü səy göstərməyə yanaşmayan insanlar, bu vəziyyətləri qanuni və məntiqli göstərə bilmək üçün ortaya müxtəlif iddialar atarlar. Şeytanın hiyləgər üsullarıyla təvəkkülsüz və bədbin rəftarlarının haqlı səbəbləri olduğunu sübut etməyə çalışan insanlar, irəli sürdükləri bu bəhanələrin səmimiyyətsizliyindən xəbərdardırlar. Həmçinin Quranda bildirilən həll yollarına tabe olduqları zaman, Allahın insanları hər cür sıxıntıdan, çatışmazlıqdan xilas edəcəyini də bilirlər. Özlərinə böyük zərərlər verməsinə baxmayaraq, Quran əxlaqından kənar bir həyat tərzi yaşamaqda niyə bu qədər israr etdikləri isə olduqca düşündürücüdür. Bunun cavabını Allah Quranda belə bildirir:

...Lakin onların qəlbləri sərtləşdi və şeytan onlara etdikləri əməlləri cəlbedici (bəzəkli) göstərdi. (Ənam surəsi, 43)

Şeytan, etdikləri əməlləri bu insanlara qəribə şəkildə zövqlü göstərir. Belə ki, şeytanın göstərdiyi bu yola tabe ola bilmək üçün özlərinə zülm etməyi, bədbin ruh halında yaşamağı, ömür boyu bədbəxt olmağı qəbul edir; müəyyən mənada mənəvi cəhətdən öz əlləriylə özlərini öldürürlər. Göstərdikləri pis əxlaq xüsusiyyətlərindən ötrü, ətraflarındakı insanların sevgisini, hörmətini, etibarını itirməyi, heç bir yaxın dost və yoldaşları olmadan şeytan ilə baş-başa, tək-tənha bir dünyada yaşamağı, gözəl xasiyyətli olub xoşbəxt həyat yaşamaqdan daha cəlbedici görürlər.
Şübhəsiz ki, öz əlləriylə yaratdıqları bu vəziyyət, Allahın şeytanı dost tutmalarından ötrü onlara dünya həyatında verdiyi qarşılıqdır. Dünya həyatında Allahın rəhmətindən, köməyindən ümid kəsdiklərini söyləyərək bədbəxt həyat yaşamağı seçən bu insanlar üçün, axirətdə artıq istəsələr də heç ümid yeri olmayacaq. Allah bu insanları acı əzabla xəbərdar etmişdir:

Onlardan (əzab) yüngülləşdirilməyəcək və orda onlar ümidlərini itirmiş şəxslərdir. (Zuxruf surəsi, 75)

 

Allahın ayələrini və Ona qovuşmağı “yox sayıb inkar edənlər”; məhz onlar, Mənim rəhmətimdən ümid kəsiblər və məhz onlar, acı əzab onlarındır. (Ənkəbut surəsi, 23)

Lakin öz əleyhlərində həddi aşmış bu insanlar əgər vicdanlarının səsini dinləyib hələ vaxt olarkən, şeytanın göstərdiyi bu yolu tərk etsələr, Allah rəhm edən, bağışlayan və qullarının bütün günahlarını əfv edəndir.
Bu insanların Quran əxlaqına uyğun gəlməyən çarəsiz və ümidsiz üslublarını məqbul hala gətirə bilmək üçün irəli sürdükləri hiyləgər və səmimiyyətsiz məntiqlərdən bəziləri bunlardır:

 

 

Səhvlərinin düzəldilə bilməyəcək qədər böyük olduğunu, buna güclərinin və iradələrinin çatmadığını iddia etmələri

Allaha qəlbən iman gətirən insanlar, dünya həyatında onlara verilən müddəti, Rəbbimizin razı olacağı əxlaqa nail ola bilmək üçün ciddi səy içərisində keçirərlər. Qəlblərindəki Allah qorxusu, onların, Allahın bəyənməyəcəyi rəftarlar göstərməsinə, bu rəftarlarda bilə-bilə israr etməsinə mane olar. Allaha duyduqları sevgi və bağlılıq elə güclüdür ki, bu güc (hansı çətinliklə qarşılaşsalar da) böyük şövqlə bunların üstəsindən gəlmələrini təmin edər. Allah qorxusu və Rəbbimizə duyduqları sevginin gücü ilə etdikləri səhvlərdən imtina etmələri də yenə onlar üçün olduqca asan olar.
"etdikləri səhvləri düzəltməmələrinin əsil səbəbinin bunların düzəldilə bilməyəcək qədər böyük olması"dır. “Elə səhv rəftarlar göstərmiş, elə səhvlər etmişlər ki, bunları edə bilən bir insan onsuz da artıq nə qədər səy göstərsə də bunların yaratdığı ziyanı aradan qaldıra bilməyəcək”. Lakin, əlbəttə ki, bütün bu düşüncələr şeytan əməli olan aldatma, böyük yalandır. Allahın Quranda bildirdiyi ayələr, bu düşüncənin Quran əxlaqında heç bir etibarlı yönü olmadığını açıqca göstərir. Əvvəla Allah insanlara güclərinin çatmayacağı yük yükləməyəcəyini bildirmişdir:

Heç kimə gücü çatmayacağı yük yükləmərik; Bizdə haqqı söyləyən bir Kitab var və onlara heç bir haqsızlıq edilməz. (Muminun surəsi, 62)

Allah sonsuz rəhmli və bağışlayan, qullarından səmimiyyətlə Özünə yönələnlərin tövbələrini qəbul edəndir. Rəbbimiz şirkdən başqa insanların bütün günahlarını bağışlayacağını bildirmişdir. Şirkdə də, yenə insan bundan hələ vaxt olarkən, imtina etdiyi təqdirdə Allahın bağışlayıcılığı ilə qarşılıq görə bilər. Quranda sonsuz mərhəmət sahibi olan Rəbbimizin bağışlayıcılığı belə bildirilir:

(Məndən onlara) De: "Ey Mənim öz əlehlərinə qarşı həddi aşmış qullarım. Allahın rəhmətindən ümid kəsməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayar. Çünki, O bağışlayandır, rəhmlidir". (Zumər surəsi, 53)

Digər bir ayədə isə Allah səmimi səy göstərən qullarının qüsurlarını örtəcəyini və onları üstün edəcəyini bildirir:

Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, qüsurlarınızın üstünü örtər və sizi “şərəfli, üstün” məqama daxil edərik. (Nisa surəsi, 31)

Allahın rizasını qazana biləcək əxlaq göstərən insan üçün səhvlərini düzəldə bilmək olduqca asandır. Həqiqət bu qədər açıq olarkən və Allah əfv edəcəyini, bağışlayacağını, hətta pis əməllərini yaxşı əməllərə çevirəcəyini bildirmişkən, insanın “səhvini düzəldə bilməsinin qeyri-mümkün olduğunu” söyləməsi Qurana uyğun deyil. Bu bəhanəni ortaya atan insan, hiyləgərliyin arxasına gizlənərək, əslində haqqdan qaçdığını, gözəl əxlaqı yaşamağa yanaşmadığı üçün, belə səmimiyyətsizlik etdiyini çox yaxşı bilir. Allah vicdanında bu həqiqəti ona bütün təfsilatları ilə hiss etdirir. Əxlaqındakı çatışmazlıqları, yanlış istiqamətləri düzəltməyi çətin hesab edir, güclü imana sahib olmamasından ötrü bu gücü və iradəni özündə tapa bilmir.
Allah Quranda təkcə qəlblərində xəstəlik olan münafiqlərin bu üslubu işlətdiklərinə diqqət çəkmişdir. Peyğəmbərimiz (s.ə.v) ilə birlikdə mübarizə aparmaqdan qaçmaq istəyən münafiqlər buna bəhanə olaraq; "güclərinin çatmadığını" söyləmişlər:

Əgər yaxın fayda və orta səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin çətinlik onlara uzaq gəldi. Sənin üçün; "əgər gücümüz çatsaydı mütləq səninlə birlikdə (döyüşə) çıxardıq" deyə Allaha and içəcəklər. Öz nəfslərini həlak edirlər. Allah onların həqiqətən yalan danışdıqlarını bilir. (Tövbə surəsi, 42)

 

 

 

Səhvlərini düzəldə bilmək üçün üzərində uzun müddət düşünməli olduqlarını irəli sürmələri

Daha əvvəl də ifadə etdiyimiz kimi, şeytan insanın gözəl əxlaq göstərməsini, vicdanından istifadə edərək Qurana uyğun həyat yaşamasını istəməz. Bunun üçün, yuxarıda qeyd etdiyimiz kimi ona gözəl əxlaq sahibi olmağı, nəfsinin pisliklərindən təmizlənməyi, səhvlərini düzəltməyi çox çətin göstərər. Etdiyi səhvin çox böyük olduğunu təlqin edər. Belə düşünən bir insan, bu səhvi düzəldə biləcəyindən və Allahın özünü bağışlaya biləcəyindən ümid kəsərək özünə və hadisələrə qarşı bədbin ruh halına girə bilər.
Nəfsi, bu insanı, səhvini düzəldə bilmək üçün üzərində dərin-dərin düşünməli olduğu yönündə aldadar, onu əsas məqsədindən uzaqlaşdırar. Bu səhvi niyə etdiyini, hadisələrin necə irəlilədiyini, ətrafındakı insanların özünü necə qiymətləndirdiyini, ona nələr söylədiklərini və bunlar kimi mövzunun ən kiçik təfsilatlarını belə saatlar, günlər, həftələr boyu tək-tək təhlil edər. Halbuki bütün bunları belə dərindən araşdırmasının özünə faydası olmayacaq. Lakin əgər səmimi davranaraq diqqətini bunu necə düzəldə biləcəyinə yönəltsə, Allahın icazəsi ilə bu vəziyyəti lehinə çevirə biləcək.
Bu vəziyyətə belə nümunə verə bilərik; asta və durğun davranan bir insana aktiv və şən olmasının tövsiyə edildiyini düşünək. Bu insanın edəcəyi çox asandır. Təkcə gülərüzlü olub, hadisələri Allahın xeyirlə yaratdığını dərk edərək rahat və hüzurlu olacaq. İnsanın, bu mövzu üzərində saatlarla düşünməsinə, mürəkkəb üsullar formalaşdırmasına ehtiyac yoxdur. Dərhal düzəldilə biləcək bu vəziyyəti, şeytan insana üzərində uzun-uzadı düşünməsi lazım olan bir mövzu kimi göstərər. Bəzən insana şən olması üçün əvvəlcə digər səhvlərini düzəltməsinin, bunun üçün də vaxt ayırıb düşünməsinin lazım olduğunu təlqin edər. Şeytanın məqsədi vaxt qazanmaq, təxirə saldırmaq və beləliklə də, insanı əsil deyiləndən, doğru hədəfindən uzaqlaşdırmağa çalışmaqdır. Halbuki çıxış yolu çox asandır; deyilən rəftarın edilməsiylə mövzu dərhal həmin anda həll olacaq.
Belə rəftar dəyişikliyi, susamış bir insanın mətbəxə gedərək su içməsi qədər asandır. İnsanın hər dəfə susadıqda suyu içə bilmək üçün saatlarla düşünməsinə, suyu necə içəcəyini planlaşdırmasına ehtiyac yoxdur. Edəcəyi təkcə suyu içməkdir. Eynilə səhvini düzəltməli olduğunu düşünən bir insan da, bunu təkcə tətbiq edərək düzəldə bilər.

 

 

Möminlərə çarəsizlik içərisində olduqları təəssüratını verməyə çalışmaları

Nəfslərindəki pisliklərdən xilas ola bilmədikləri üçün ümidsizliyə qapıldıqlarını söyləyən insanlar, əslində belə ruh halı içərisinə girməyi özləri seçərlər. Bu seçimlərinin səbəbi isə pis xasiyyətlərindən, yanlış rəftarlarından imtina etməyi və sonra da bu məsələdə qətiyyət göstərməyi istəməmələridir. Bunun əvəzinə belə bir bəhanənin ardına sığınmaq nəfslərinə daha cəlbedici gələr. Üstəlik, Quran əxlaqına görə yanlış olan rəftarları, daxilən nəfslərinin xoşuna gəlir. Məsələn, qürurlu və eqoist bir insan, təvazökar, həlim əxlaq qazanmaq üçün nəfsini bu yöndə yetişdirməlidir. Lakin təvazökar rəftarlar nəfslərinə çox tərs gələr; istədikləri zaman, içlərindən gəldiyi kimi qürurlana bilmək istəyərlər. Bundan ötrü də, bu məsələdə nəfslərinin üstünə getməməyi seçərlər. Lakin müsəlman əxlaqına uyğun gəlməyən bu seçimlərini açıq-aydın müdafiə edə bilməyəcəklərini də bilərlər. Bu vəziyyətdə ardına sığındıqları səmimiyyətsiz bəhanə isə əsasən, "çarəsizlik içərisində olduqları və çıxış yolu tapa bilmədikləri" şəklindədir.
Halbuki irəli sürdükləri bütün bəhanələr kimi bu da tamamilə həqiqətdən kənardır. Quran əxlaqı hər məsələdə insanlar üçün ən qəti və ən asan həlldir. Allah; "həqiqət budur ki, qulluq edən bir camaat üçün bunda (Quranda) “açıq mesaj” (və ya həqiqi çıxış yolu) var" (Ənbiya surəsi, 106) ayəsiylə bu həqiqəti insanlara bildirmişdir.
Allah digər ayələrdə isə; "...kim Allahdan qorxsa, (Allah) ona bir çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim də Allaha təvəkkül etsə, Allah ona kifayət edər..." (Talaq surəsi, 2-3) hökmüylə Özündən qorxanlara çıxış yolu göstərəcəyini bildirmişdir. Bütün bu ayələr Quran əxlaqını yaşayan bir insan üçün hər məsələdə çıxış yolu tapılacağını göstərir. Buna görə də, əgər ortada belə vəziyyət varsa, bu, insanların Qurana tabe olmayıb şeytanın üsullarına sarılmış olmalarından irəli gəlir.
Allah Quranda iman gətirənlərin ölüm, aclıq, xəstəlik kimi səbir tələb edən çox böyük çətinliklərlə qarşılaşdıqları zaman belə, əsla bu cür çarəsiz üslub işlətmədiklərini həmişə Allaha olan etimadlarını, təvəkküllərini dilə gətirdiklərini bildirir. Ayələrdə təkcə qəlblərində xəstəlik olan münafiq xarakterli insanların çətinliklər qarşısında yorulduqlarından  və Allahın rəhmətindən ümid kəsən üslub işlətdiklərindən bəhs edilir. Halbuki Allaha sığınan bir insan heç vaxt belə çıxılmaz vəziyyətlə qarşılaşmaz. Çünki Allah qullarına qarşı çox lütfkar, çox geniş mərhəmət sahibi olan, qullarını çox sevəndir. Rəbbimiz Quranda bu lütfünü və mərhəmətini Peyğəmbərimiz (s.ə.v)-ə endirdiyi ayələrlə belə xatırlatmışdır:

Rəbbin səni tərk etmədi və küsmədi. Şübhəsiz ki, sənin üçün son olan, ilk olandan (axirət dünyadan) daha xeyirlidir. Şübhəsiz ki, Rəbbin sənə verəcək, beləliklə sən məmnun qalacaqsan. Yetim ikən sənə sığınacaq vermədimi? Eləcə də, səni yol bilməz ikən, doğru yola yönəltmədimi? Yoxsul ikən zəngin etmədimi? (Duha surəsi, 3-8)

Allah möminləri, insanları yaxşı əməllərə çağırıb, onları pislikdən uzaqlaşdırmaqla məsul etmişdir. Üstəlik, ümidsizlik, həlssizlik və ya qeyri-mümkünlük anlayışları iman sahiblərinin məqbul görəcəkləri düşüncələr deyil. Həmçinin iman sahibləri qarşılaşdıqları hər hadisəni Quranla qiymətləndirdikləri üçün bu oyunun münafiq xarakterli əxlaqın məhsulu olduğunu asanlıqla görər və bu insanlara Quran əxlaqıyla cavab verərlər.
Bəhs edilən insanlar isə çıxılmaz vəziyyətdə olduqlarını izah edən bu sözlərlə çox vaxt ətraflarındakı insanlara “rəftarlarını dəyişdirməyəcəkləri və bu məsələdə inadkar olduqları” mesajını vermək istəyərlər. Məqsədləri, qarşılarındakı insanları başqa çıxış yolu olmadığına inandırmaq və özlərini bu şəkildə qəbul etmələrini təmin edə bilməkdir. Bu yolla gizlicə Quran əxlaqını tam yaşamamaq məsələsində israrlı olduqlarını ifadə edərlər.
Lakin bu da iman gətirənlərə qətiyyən təsir etməyəcək bir üsuldur. Çünki möminlər özlərinə Quranı meyar qəbul edər və Allahın özlərinə bildirdiyi əxlaqa uyğun şəkildə hərəkət edərlər. Şeytanın əxlaqına bənzər rəftarlar göstərən bir insanı heç vaxt o halıyla olduğu kimi qəbul edib özlərinə dost tutmazlar. Allahın; "məhz bunların, Allah bunların qəlblərində olanı bilir. O zaman sən onlardan üz döndər, onlara öyüd ver və onlara nəfsləriylə əlaqədar təsiredici söz söylə" (Nisa surəsi, 63) və "o zaman, əgər “öyüd və xatırlatma” fayda verəcəksə “öyüd verib xatırlat” (Əla surəsi, 9) ayələriylə xatırlatdığı meyarlar çərçivəsində öyüd verib xatırladar, bu öyüdləri qəbul edib gözəl əxlaq göstərdikləri təqdirdə onların əxlaqlarını qəbul edərlər.
Halbuki digər bütün hesablarında olduğu kimi, bu məqamda da böyük yanılmaya qapılıblar. Çünki Allah Quranda səmimiyyətsiz insanları tanıdan dəlilləri iman gətirənlərə bildirmişdir. Həmçinin Allah onları Öz dərgahından üstün ağıl və diaqnoz qabiliyyəti ilə dəstəkləmişdir. Bu insanlar səmimiyyətsizliyi gizli və sübut edilə bilməyəcək şəkildə edib, sonra da xoşniyyətli olduqlarını iddia edərək özlərini təmizə çıxarda biləcəklərini düşünməklə yanılırlar. Çünki danışıqları, rəftarları, baxışları, üz ifadələri və irəli sürdükləri bütün bəhanələr iman gətirənlərin onların əsil əxlaqlarını anlamaları üçün kifayət edir.

 

 

Özlərinə təqdim edilən çıxış yollarının yanlış olduğunu iddia etmələri

Şeytan insanların doğru yoldan üz döndərmələrini, səhvlərində israr etmələrini istəyər. Xüsusən də doğru yola çağırıldıqları və ya özlərinə fayda verəcək öyüd aldıqları zaman, bu vəziyyətə qarşı dərhal tədbir almağa çalışar. Çünki belə vəziyyətdə insanın vicdanı da fəaliyyətə keçəcək və ona, israrla çağırıldığı gözəl əxlaqa əməl etməsini tövsiyə edəcək.
Vicdanlarına tabe olmaq əvəzinə, nəfslərinin istəyini qorumağa çalışan insanlar, belə vəziyyətlə qarşılaşdıqları zaman, şeytanın göstərdiyi bu yola dərhal uyarlar. Özlərinə Quran əxlaqına uyğun tövsiyələr verildikdə, əksini ilham edən nəfslərinə tabe olmaq üçün hiyləgər üsullara əl atar və özlərini razı salacaq bəhanələr taparlar. Bunların ən başında gələnlərindən biri, "səhvin doğru, lakin çıxış yolunun yanlış olduğu" bəhanəsidir. Həmin bu insanların xətalı olduqları, Quran əxlaqına uyğun rəftar göstərmədikləri olduqca aydındır. Belə vəziyyətlə qarşılaşdıqları zaman, səhvlərini rədd etmələrinin səmimiyyətsizliklərinin açıqca başa düşülməsinə səbəb olacağını bilərlər. Buna görə də, daha hiyləgər bir üsula sarılaraq bu bəhanəni irəli sürərlər. Özlərini mütləq doğru yola yönəldəcək Quran vasitəsilə öyüd verildiyi halda, səmimiyyətsizliklərindən ötrü bunu qəbul etməzlər.
Özlərinə təsvir edilən çıxış yollarının doğru olmadığını, səhvlərinin fərqli səbəblərdən qaynaqlandığını və fərqli şəkillərdə həll edilə biləcəyini iddia edərlər. Arxasınca da "həll yolu" adı altında nəfslərinə uyğun alternativlər təqdim edərlər. Quran əxlaqına tabe olmaq əvəzinə şeytani üsullara əl atmaları bu insanları qarışıqlıq içərisinə salar. Asanlıqla həll edə biləcəkləri məsələləri belə içindən çıxılmaz hala gətirər.

“Ona: “Allahdan qorx!” deyildiyi zaman, təkəbbürü onu günaha sürükləyər, əhatə edər. Belə insana cəhənnəm kifayət edər. O nə pis məskəndir!” (Bəqərə surəsi, 206)

 

 

 

Səhvlərinin nədən qaynaqlandığını bilmədiklərini və nə etməli olduqlarını anlamadıqlarını iddia etmələri

Şeytanın ümidsiz ruh halına sürüklədiyi insanların, Quran əxlaqını yaşamağa çağırıldıqları zaman, irəli sürdükləri səmimiyyətsiz bəhanələrdən biri də; "harada səhv etdiklərini və bunu düzəldə bilmək üçün nə etməli olduqlarını bilmədikləri" şəklindədir. Halbuki bu insanlar imanı qavramış, Quran əxlaqının tələblərini, Allahın çəkinilməsinin lazım olduğunu bildirdiyi rəftarları bilən insanlardır. Allah Quranda bəhanələrini hər nə qədər irəli sürsə də hər insanın özü üçün bir bəsirət olduğunu bildirmişdir. (Qiyamət surəsi, 14-15)
Digər bir ayədə isə Allah; "...şübhəsiz ki, doğruluq azğınlıqdan ayrılmışdır. Artıq kim tağutu inkar edib Allaha iman gətirsə, o, sapsağlam qulpdan yapışmış olar, belə ki, bu qopmaz. Allah Eşidəndir, Biləndir" (Bəqərə surəsi, 256) hökmüylə doğru ilə yanlış arasında açıq-aydın fərq olduğunu xatırlatmışdır. İnsan şüur sahibi olaraq yaradılmışdır. Etdiyi müsbət və mənfi rəftarları bilər. Çünki içində özünü yönləndirən vicdanının səsi var. Gözəl rəftar göstərdikdə vicdanı rahatlayar, hüzurlu olar. Əks təqdirdə isə vicdanı sıxılar. Yəni insan özünə etiraf etməsə belə, vicdanı səhvini özünə söyləyər. Buna görə də, səhvlərinin nədən qaynaqlandığını bilmədiyi, deyildikdə də anlamadığı bəhanəsini irəli sürən bir insan, nəfsinin bir oyunu ilə üz-üzədir.
Bu insan əvvəla səhvini qəbul etmək istəmir. Çünki əgər səhvini qəbul etsə bu səhvindən imtina etməli olacaq. Buna görə də, təsvir ediləni anlaya bilmədiyini söyləyər və bunu davam etdirməyə zəmin hazırlayar. Əgər anladığını etiraf etsə, bu təqdirdə bir daha təkrarlaması, bu dəfə həmin səhvi bilərək etdiyini göstərəcək. Buna görə də, belə bir söz söyləyərək özünü təmizə çıxartmağa, günahsız göstərməyə çalışar. Şeytanın məqbul göstərdiyi bu yanlış məntiqə görə qarşısındakı şəxslərin, onun, anlamadan, düşünmədən səhv bir rəftar göstərdiyinə qənaət gətirməsini, hətta səhvindən ötrü ona mərhəmət etməsini istəyər.
"...halbuki onların bir hissəsi, Allahın sözünü eşidir, (yaxşı qavrayıb) anladıqdan sonra, bilə-bilə dəyişdirirdilər" (Bəqərə surəsi, 75) ayəsiylə insanlara bildirmiş, anladıqları və yaxşı qavradıqları halda, bilə-bilə anlamadıqlarını iddia edən bu insanlara qarşı iman gətirənləri xəbərdar etmişdir. Digər bir ayədə isə Allah; "...lakin, bu camaata nə olur ki, heç bir sözü anlamağa çalışmırlar?" (Nisa surəsi, 78) sözləriylə bu insanların bilə-bilə deyilənləri anlamaqdan qaçdıqlarını xəbər vermişdir.

 

 

Özlərinə ön mühakimə ilə baxıldığını; buna görə də, etdikləri müsbət dəyişikliklərin görülə bilmədiyini irəli sürmələri

İmanı lazımınca yaşamamalarından qaynaqlanan bədbin ruh hallarına bəhanə tapmağa çalışan insanların, bu məqsədlə sığındıqları bəhanələrdən biri isə; "özlərinə ön mühakimə ilə baxılması"dır. Bu düşüncələri isə təməldəki inanc pozuntusundan qaynaqlanır. Allahın rizasını qazanmaq üçün yaşayan insanlar etdikləri hər şeyi Allahın bilməsini və Onun razı olmasını kifayət hesab edərlər. Bu əxlaqı lazımınca yaşamayan insanlar isə təqdiri və tərifi başqalarından gözləyərlər. Təkcə Allahın rizasını qazanmaq üçün yaşamaları lazım olan gözəl əxlaq xüsusiyyətlərini, insanların məmnuniyyətini qazanmaq üçün yaşayarlar. Lazımınca təqdir edilmədiklərini düşündüklərində isə göstərdikləri müsbət əxlaq xüsusiyyətlərində iradə işlətməzlər. Gözəl əxlaqlı ola bilmək üçün əllərindən gələni etdiklərini, lakin bunun heç cür lazımınca görülüb təqdir edilə bilmədiyini müdafiə edərlər. Xüsusilə də özlərinə səhv bir rəftarları xatırladılmış, lakin bu yöndə heç bir dəyişiklik etməyibdirlərsə, bu vəziyyəti dərhal ön mühakimə bəhanəsiylə ört-basdır etməyə çalışarlar.
Rəftarlarını çox dəyişdirdikləri, hətta tam fərqli insan olduqları halda, həmişə keçmiş səhvləriylə, keçmiş xarakterləriylə qiymətləndirildiklərini söyləyərlər. Bu məsələ həll edilmiş olsa belə, gələcəkdə edəcəkləri səhvlərdə də həmişə eyni baxış prizmasının hakim olacağını iddia edərlər. Özlərini nə qədər düzəltsələr də, nə qədər yaxşı olsalar da, etdikləri keçmiş səhvlərin heç unudulmayacağını və özlərinə həmişə həmin gözlə baxılacağını irəli sürərlər. Özlərinə ön mühakimə ilə baxıldığı müddətcə də, bu psixoloji təzyiqdən ötrü cəsarətlərinin yox olacağını və özlərini dəyişdirə bilməyəcəklərini müdafiə edərlər. Bütün bu səmimiyyətsiz bəhanələrin ardına sığınaraq bu şərtlər altında dəyişmələrinin qətiyyən mümkün olmadığına inandıqlarını söyləyərlər.
Göründüyü kimi səmimiyyətsiz bəhanələrə əsaslanan bu ssenaridən çıxan məntiq, səhvin bu insanlarda deyil, başqalarında olduğu şəklindədir. Halbuki bütün bu deyilənlər əsassız böhtanlarla doludur. Hər şeydən əvvəl möminlər Allahdan qorxan, sui-zənnə qapılmağın, insanlara ədalətsizliklə yaxınlaşmağın Qurana uyğun olmadığını bilən insanlardır. Buna görə də, səmimi səy göstərən bir insana qarşı heç vaxt belə nöqteyi-nəzərlə yaxınlaşmazlar. Bununla yanaşı, əgər bir insan həqiqətən özündə müsbət dəyişikliklər aparıbsa, möminlər vicdanlarındakı həssaslıqdan ötrü bunu dərhal görər və buna çox sevinərlər. Hamısından əhəmiyyətlisi insanın səhvlərini bağışlayacaq olanın Allah olduğunu və əsil Ona qarşı məsul olduqlarını bilərlər. Bir insanı Quran əxlaqına uyğun hərəkət etdiyi halda, keçmişdəki səhvləriylə mühakimə etmələrinin Quran əxlaqına uyğun olmayacağını bilirlər. Quran əxlaqının tələbi olaraq möminlərə qarşı hər zaman gözəl zənn bəsləyər, onların gözəl yönlərini həmişə ön plana çıxardaraq tərifləyib təşviq edərlər.