Nəticə

Pisliyin səssiz dilini danışmağı həyat tərzi, hətta şəxsiyyətlərinin ən təməl xüsusiyyəti halına gətirən insanların mənimsədikləri bu pis əxlaq, onları heç nəzərə almadıqları şəkildə böyük ziyana düçar edər. Yaşadıqları hər gün, hər saat, bir tərəfdən səssizcə pislik etməyə çalışıb, digər tərəfdən isə təkcə şeytana açdıqları bu yönlərini insanlardan gizlətməyə çalışmaları, onları xeyli yorar. İçlərindəki getdikcə böyüyən vicdan əzabı bütün mənliklərini bürüyüb əhatə edər; bunu yox edə bilmək üçün apardıqları amansız mübarizə isə onları daxilən məhv etməyə başlayar. Beyinlərini keyidib heç nə düşünməməyə çalışaraq, içlərindəki bu səssiz, lakin bezdirici döyüşün ağırlığından xilas olmağa çalışarlar. Həllsizlik, çarəsizlik, hüzn və kədər içərisində ömürlərini hesabsız başa vurarlar.

Yaşadıqları bu əzab dolu həyat, Allahı tərk edib özlərinə şeytanı vəli tutmaları, yaxşılıq əvəzinə pisliyi özlərinə prinsip qəbul etmələrindən ötrüdür. Allah: "Yoxsa pis əməllərə batıb yara alanlar onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Necə də pis hökm verirlər!" (Casiyə surəsi, 21) ayəsiylə, yaşadıqları bu əzab dolu həyatın "pisliyi mənimsəmələri"ndən ötrü olduğunu bildirmişdir.

Halbuki gözəl həyat yaşamaları, bu gizli əzablardan xilas olmaları öz əllərindədir. Allah insanlara xoşbəxt olmağın, bütün bu çətinliklərdən xilas olmağın yolunu göstərmiş; bunun təkcə Allahın göstərdiyi hidayət yoluna tabe olmaqla mümkün olacağını bildirmişdir: "...kim Mənim hidayətimə tabe olsa artıq o sapmaz və bədbəxt olmaz" (Taha surəsi, 123).

Etmələri lazım olan, yaşadıqları bu ziddiyyəti və özlərinə verdikləri zərəri görüb Allaha təslim olmaqdır. Bunun üçün təkcə səmimiyyətlə düşünmələri kifayətdir:
Normal ağıl səviyyəsinə sahib olan hər insan vicdanı üzərindəki basqının ruhuna və bədəninə ciddi zərər verdiyini, nə qədər sağlam olsa da, buna uzun müddət dözə bilməyərək məhv olacağını hiss edər. Öz-özünə; "bu vəziyyətə daha nə qədər dözə bilərəm?" deyə düşündüyü zaman, bunun uzun davam etməsinin mümkün olmadığını anlayar. Bu şeytani əxlaqın özünü sürətlə ölümə və əzaba yaxınlaşdırdığını qorxuyla görər. Yaşadığı hər an təkcə vicdan əzabı, sıxıntı və bədbəxtliklə dolu olacaq. Axirətdə isə şeytanı dost və sirdaş tutmasının qarşılığını, sonsuz cəhənnəm odu, peşmançılıq, əzab və kədər içərisində keçirərək alacaq.

Şüuru açıq olan hər insan, göstərdiyi pis əxlaqın dünyada və axirətdə ona gətirəcəyi bu əzabın böyüklüyünü anlayan kimi böyük qorxuya qapılar və Allaha yönəlib etdiklərindən ötrü tövbə edər. Əks təqdirdə etdiyi pisliklər böyüyərək bəlkə də düzəldilməsi mümkün olmayan nəticələrə çatacaq. Allah belə nəticə ilə qarşılaşmamaları üçün insanlara; "hər nəfsin etdiyi xeyir əməlləri hazır gördüyü və hər nə pislik işləyibdirsə onunla özü arasında çox uzaq məsafə olmasını istədiyi o günü (düşünün)..." (Ali İmran surəsi, 30) deyə buyurmuşdur. Çünki o gün, dünya həyatında səssiz dillə edilən bütün pisliklər ortaya çıxacaq; insanın dünya həyatında sübut edilə bilməzliyinə aldanaraq, gizlətdiyini düşünərək, etdiyi pisliklər öz bədəni tərəfindən ortaya çıxarılacaq. Allah, insanın etdiyi gizli pislikləri öz bədəni vasitəsilə ortaya çıxaracağını belə bildirmişdir:

Sonunda ora çatdıqları zaman, eşitmə, görmə (duyğuları) və dəriləri öz əleyhlərinə şahidlik edəcək. (Fussilət surəsi, 20)

 

Siz, eşitmə və görmə (duyğularınız) və dərilərinizin əleyhinizə şahidlik edəcəyindən çəkinmirdiniz. Əksinə, etdiyiniz əməllərin bir çoxunu Allahın bilməyəcəyini zənn edirdiniz. (Fussilət surəsi, 22)

Bunun ardından; "...halbuki, onların heç nəzərə almadıqları şeylər, Allah tərəfindən özləri üçün ortaya çıxmışdır. Qazandıqları pisliklər, özləri üçün ortaya çıxmışdır və lağa qoyduqları şey də onları hərtərəfli bürümüşdür" (Zumər surəsi, 47- 48) ayələriylə bildirildiyi kimi, dünya həyatında işlətdikləri gizli və səssiz dil bütün təfsilatlarıyla ortaya çıxmış olacaq. Bu insanların vəziyyətini Allah; "...pislikləri təşkil edənlər isə; onlar üçün şiddətli əzab var..." (Fatir surəsi, 10) ayəsiylə xəbər verir.
Bütün bu həqiqətləri düşünə bilən bir insan doğrunu görməli, şeytanın insanlara böyük tələ qurduğunu anlayaraq, tezliklə onun şərindən sığınıb Allahın razı olacağı əxlaqa nail olmalıdır. Bunun yolu isə çox asandır: "pislikdən çəkinib yaxşılıqla yaşamaq (yaxşılığı prinsip qəbul etmək)". Allah, Quranda yaxşı əməllərin pis əməlləri yox edəcəyini belə bildirmişdir:

Şübhəsiz ki, yaxşı əməllər, pis əməlləri yox edər. Bu, öyüd alanlara bir öyüddür. (Hud surəsi, 114)

Allahın; "Şübhəsiz ki; "Bizim Rəbbimiz Allahdır!" deyib sonra düz yol tutanlar (var ha); artıq onlar üçün qorxu yoxdur və onlar kədərlənməyəcəklər" (Əhqaf surəsi, 13) ayəsiylə bildirdiyi kimi, gözəl əxlaqlarında sabitlik göstərdikləri təqdirdə, Allah bu insanların həyatlarından qorxunu, hüznü çəkib alacaq, pisliklərinin üstünü örtüb bağışlayacaq və onlara etdiklərinin ən gözəliylə qarşılıq verəcək.

İman gətirib yaxşı işlər görənlər isə; Biz, şübhəsiz ki, onların pis əməllərinin üstünü örtəcək, həmçinin, şübhəsiz ki, etdiklərinin ən gözəliylə qarşılıq verəcəyik. (Ənkəbut surəsi, 7)