Neqativliklərini və narazılıqlarını pisliyin gizli dili ilə ifadə edənlər

Pisliyin səssiz dilini bütün insanlar arasında yaymağa çalışan şeytanın, bu məqsədlə insanlara öyrətdiyi üsullardan digəri də "neqativlik"dir. Neqativlik əsasən insanın Allahın (gizli və ya açıq) edilən hər pis əməli gördüyünü və insanın axirətdə bütün bunların qarşılığını tam alacağını unutmasından qaynaqlanar. Bu şüur bulanıqlığı ilə ortaya çıxan neqativ xarakter, gizli pisliklərin ən çox edildiyi xarakterlərdən biridir. Şeytanın təlqinləri ilə neqativ davranışlara yol verən insan bir-birinin ardınca pis əxlaq xüsusiyyətləri göstərməyə başlayar. Lakin bütün bunları yenə sübut edilməsinin mümkün olmadığını düşündüyü, "pisliyin səssiz dili"nin arxasına sığınaraq edər.
Neqativ ruh halına sahib insanın ağlında şeytanın təsirindən qaynaqlanan çoxlu vəsvəsə, şübhə və mənfi düşüncə var. Əgər şeytanın təsirindən xilas olmaq istəsə, əlbəttə ki, bu düşüncələrin hər birinə Quranla lazımi cavabı verərək, neqativ ruh halından dərhal xilas ola bilər. Lakin vaxtını bu vəsvəsələrlə keçirdiyindən, şeytanın təzyiqindən xilas olmağın asanlığını düşünməz. Həmin bu insanları neqativ ruh halına sövq edən səbəblər isə, çox vaxt həqiqətlə heç bir əlaqəsi olmayan boş vəsvəsələrdən ibarətdir. Ağıl və məntiqdən olduqca uzaq olan bu ağılsız düşüncələr, Quranla qiymətləndirilib ortaya çıxarıldığı zaman əsassız olduqları dərhal ortaya çıxar və şeytanın təsiri də dərhal yox olar.

İnsanın ağlına yerləşən və onu neqativ ruh halına sürükləyən bu mənasız düşüncələrin təməlində isə ümumiyyətlə "narazılıq" vardır. Nəfs Allahın yaratdığı çoxsaylı nemət və gözəlliyə baxmayaraq, onu narazı qalacaq, bədbinliyə qapılacaq, hər şeyin mənfi yönlərini görəcək əxlaqa sürükləməyə çalışar. Belə əxlaq anlayışında isə, insan qarşısına çıxan hər hansı şeydən səbəbsiz olaraq narazılıq duya bilər; yaşadığı həyatdan, içində olduğu mühit və şərtlərdən, ətrafındakı insanların rəftarlarından, qarşılaşdığı hadisələrdən, öz ruh halından, hərəkətlərindən və ya bunlar kimi daha bir çox mövzudan neqativ əxlaqa yönələ bilər. Bəzən də bu narazılığın səbəbi, hələ yaşanmamış və yaşanacağına dair heç bir məlumatlarının olmadığı gələcəyə, yəni qeybə əsaslanan hadisələrdir. "Ya belə şey olsa" və ya "bunun nəticəsində mütləq belə hadisə olacaq" kimi tamamilə bədbinliyə əsaslanan, lakin azacıq da olsa həqiqət payı olmayan hadisələri düşünüb narazı olarlar.
Lakin bu düşüncələrin və bunların ortaya çıxartdığı davranışların heç biri Quran əxlaqına uyğun deyil. Buna görə də, şeytan bu ruh halını imanları zəif olan və ya qəlbində xəstəlik olan insanlara yaşatmağa çalışar. Yaşanan narazılıqların təməli insanın ətrafındakı insanlara əsaslandıqda, şeytan bu neqativ ruh halının gizli dillə və sübutu mümkün olmayacaq şəkildə bu insanlara hiss etdirilməsini istəyər. Çünki Quran əxlaqından uzaq həyat tərzi yaşayan cahil cəmiyyətlərdə bu dildən, insanların bir-birlərinə gizli mesajlarla nə demək istədiklərini və bir-birlərindən nələr tələb etdiklərini başa salmaq üçün istifadə edilir. Şeytan bu əxlaqı iman gətirənlər arasında da yerləşdirmək və onların da eyhamlı, gülməli və mesaj məzmunlu bəzi gizli davranışlarla razılığa gəlmələrini istəyər. Bu yolla onları Quran əxlaqından uzaqlaşdırıb hiyləgərliyə və öz əxlaqına yaxınlaşdıra biləcəyini düşünər.
Şeytanın bu çağırışlarına qulaq asanlar bunun ən böyük zərərini yenə özləri görərlər. Allahın rizasına və Qurana uyğun əxlaq göstərilmədiyi müddətcə, sıxıntı və narahatlıq insanın həyatından əskik olmaz. Yemək, içmək, yatmaq, istirahət etmək, nemətlərdən zövq almaq, dostluq və sevgidən ləzzət almaq, şən, rahat, xoşbəxt olmaq bu insanlar üçün sanki imkansız hala gələr. Bununla yanaşı, yaşadıqları ruh halını və narazılıqlarını açıq şəkildə dilə gətirib çarə axtara bilməmələri də, bu insanları böyük gərginliyə sürükləyər. Onlar belə çətinlik və gərginlik içində olarkən, qarşılarındakı insanların heç nədən xəbərsiz, rahat və hüzurlu olmaları isə bu gərginliyi dözülməz həddə çatdırar. Bəzən bundan ötrü ətraflarındakı insanlara qarşı gizli qəzəbə belə qapıla bilərlər. Özlərini daxilən bütün bu vəsvəsələrlə həmişə doldurduqları üçün, neqativliklərinin dərəcəsi getdikcə daha da artar.

Bu insanların yaşadıqları neqativ ruh halı imanı tam qavraya bilməmələrindən və Allaha lazımınca təslim olmamalarından qaynaqlanır. Buna görə də; "Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslama açar; kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənlərin üstünə məhz belə murdarlıq çökdürər" (Ənam surəsi, 125) ayəsiylə bildirildiyi kimi, Allah bu insanların üzərinə mənəvi kir çökdürür və qəlblərinə dözülməz sıxıntı verir.

Növbəti sətirlərdə şeytanın idarəsinə girən insanların, pisliyin gizli və səssiz dili ilə neqativliklərini hansı hərəkətlərlə göstərdiklərini və bunu hansı məntiqlərlə qanuni gördüklərini izah edib, şeytanın insanlara oynadığı bu oyunun üstünü açacağıq.

 

 

 

Səssizlik və susqunluqla edilən gizli etiraz üsulları

Şeytani düşüncələrin səbəb olduğu neqativ şəxsiyyətin özünəməxsus ruh halı var. Susqunluq isə, bu ruh halındakı insanların ən mühüm silahlarından biridir. Ətrafdakı hadisələrdən və ya insanlardan duyduqları narahatlığı ən yaxşı ifadə etmə formalarından birinin, bu durğun və səssiz halları olduğunu düşünərlər. Beləliklə də, ətraflarındakı insanların diqqətini özlərinə çəkmək, onlara ortada qeyri-adi bir şey olduğunu hiss etdirmək istəyərlər. Əsil hədəfləri isə içərisində olduqları vəziyyətin onlardan qaynaqlandığını düşünmələrini və bunu düzəltməyə çalışmalarını təmin etməkdir. Bu, Quran əxlaqından fərqli  həyat tərzi yaşayan insanlar arasında çox geniş şəkildə tətbiq olunan üsuldur.
İnsanlar bir-birlərinə bir şey izah etmək istədikləri zaman, əvvəlcə ortada qəribə bir vəziyyətin olduğunu hiss edəcəkləri davranış forması göstərərlər. Ümumiyyətlə, bu insanlara; "nə oldu, nəyin var, nəyəsə görə sıxıldın, necə kömək edə bilərəm?" kimi suallar verilərək və bu ruh halından xilas olmaları təmin edilməyə çalışılar. Qarşı tərəf isə sahib olduğu ruh halının tələbi olaraq, belə xoşniyyətli suallara da eyni tərəddüdlü davranışla qarşılıq verər. "Heç nə yoxdur", "sənə elə gəlib", "yuxusuzam, yorğunam, bundan ötrüdür" kimi düşünülmüş ötəri cavablar verərlər. Bundan savayı, mümkün qədər heç bir mövzuda fikir bildirməz, danışılan mövzulara qoşulmaz və səssiz qalarlar. Hərdənbir qısa cümlələrlə söhbətə qoşulduqları zaman da soyuq və rəsmi üslubdan istifadə etməyə diqqət göstərərlər. Xüsusi səs tonu ilə; "bəli", "xeyr" və ya "bilmirəm" kimi qısa və kəsə cavablar verərlər. Diqqətlərini çəkmək istədikləri insanlar gəlib özləriylə maraqlanana və hətta istədikləri kimi diqqət yetirincəyə qədər bu etirazlarını davam etdirərlər. Bunu əldə etdiklərində də yenə bir müddət daha asta davranar, bu vəziyyətin öz iradələri xaricində olduğu görünüşünü vermək üçün özlərini “zaman keçdikcə açılırmış” kimi apararlar.

Bir neçə sual, bir az maraq və qayğının ardından yavaş-yavaş səs tonlarını normallaşdırar, hərdənbir söhbətlərə qoşular və hərdənbir çətin də olsa sevinə bilirmiş kimi edər və ən sonunda da normal hallarına qayıdarlar. Belə asta davranmalarının səbəbi, qarşılarındakı insanlara bu neqativ ruh halının qarşı tərəfin yanlış hərəkətlərindən qaynaqlandığını və dolayısilə yenə təkcə onların davranışlarını dəyişdirmələri ilə dəyişə bildiyini sübut etmiş olmaqdır.

Bəzən də ətraflarındakı insanların diqqət və marağını özlərinə çəkə bilmiş olmaları da, bu davranış pozuntularının ortadan qalxması üçün də kifayət etməz. Şeytan bu insanları neqativ ruh halına yönəldib susqun edərkən, onları nə istədiklərini tam şəkildə bilmədikləri davranışa sövq edər. Bu təqdirdə maraq göstərilsə də, göstərilməsə də hərəkətlərini dəyişməzlər. Həmin bu insan bir dəfə şeytana uymuş və belə mənfi və etiraz edən bir xarakter göstərməyə başlamışdır və əslində bundan istədiyi anda xilas ola biləcək iradəyə də sahibdir; çünki bunu öz istəyi ilə bilərəkdən edir. Lakin mövcud ruh halının necə ortaya çıxarılacağı bəlli deyil; əgər bir anda bu səmimiyyətsiz davranışdan imtina edib, ağıllı xarakter göstərib, aktiv, danışqan olsa, bu onun digər hərəkətlərini bilərək etdiyini mütləq ortaya çıxardacaq. Məhz əvvəlcə şeytana uyarkən bu təfsilatı görməzlikdən gəldikləri üçün, daha sonra bu vəziyyətdən xilas olmaq istədikləri halda, səmimiyyətsizliklərinin açığa çıxmaması üçün, səssiz etirazlarını davam etdirməyi seçərlər. Şeytan da bu vəziyyətdən faydalanar və guya qurtarmaq adı ilə onları başqa gizli pisliklərə sürükləyər.

Allah bu məsəli çəkdi: “iki insan; bunlardan biri laldır, heç nəyə gücü çatmır və hər şeyi ilə öz ağasına (yükdür), o, onu hara yollasa, xeyirlə qayıtmaz; indi bu, ədalətlə əmr edən və dosdoğru yol üzərində olanla eyni ola bilərmi? (Nəhl surəsi, 76)

Digər bir Quran ayəsində isə; "həqiqət budur ki, Allah dərgahında, yerdə vurnuxanların ən pisi, (heç cür) ağlı kəsməyən karlar və lallardır" (Ənfal surəsi, 22) sözləri ilə, bu insanların vəziyyətinə diqqət çəkilir. Quran əxlaqında belə səssiz dilin, eyhamlı hərəkətlərin, şeytanın təsiri ilə edilən neqativ davranışların yeri yoxdur. Möminlərin hər mövzudakı meyarı Qurandır. Ortada səhv bir şey varsa, Quran əxlaqının tələbi, bunun ağıllı üslubla, sözün ən gözəli ilə açıqca deyilməsidir. Həmçinin iman gətirənlər vicdanlarının səsini əsas götürdükləri üçün, Qurana uyğun hər xatırlatmadan öyüd alıb buna daha gözəli ilə cavab verərlər.

 

 

Gözlərdə gizlənən xainlik və üzdəki qaranlıq ifadə

Gözlər, insanın ruhunda yaşadığı bütün duyğuları əks etdirən mühüm səmimiyyət meyarıdır. İman gətirən insanlar gözlərinin bu xüsusiyyətindən ən xeyirli şəkildə istifadə edər, sözləri və davranışlarıyla olduğu qədər gözləri ilə də gözəl əxlaqlarını göstərərlər. Dolayısilə, üzlərində olduqca aydın, nurlu və təmiz ifadə hakimdir. Baxışlarından Allaha dərin təslimiyyətlə bağlı olduqları, dürüst, etibarlı, səmimi, ağıllı, vicdanlı və hzüurlu insanlar olduqları bəlli olar.

Şeytanın təsirinə düşən insanların üzlərində isə bu xüsusiyyətləri görə bilmək, ümumiyyətlə qeyri-mümkündür. Şeytanın özlərinə təlqin etdiyi neqativ ruh halından ötrü, üzlərində hüzur və əmin-amanlıq ifadəsindən əsər-əlamət yoxdur. Əksinə, qəlblərindəki mənfi düşüncələrin üzlərinə əks olunmasından ötrü, qaranlıq, nə düşündüyü bəlli olmayan, anlaşılmaz ifadələr var. Hər nə qədər yaşadıqları şeytani ruh halına dair, dəlil vermədiklərini düşünsələr də, əslində üzlərinin bu halı, xeyirli və yaxşı düşüncələrə sahib olmadıqlarının sübutudur. Bu üzün ardında daha nələrin gizləndiyinin bilinməməsi isə narahat edicidir.

Əlbəttə ki, həmin bu insanlar da üzlərində yaranan bu neqativ təsirdən, qaranlıq və zillətdən xəbərdardırlar. Bəlkə bir hadisədən, bəlkə bir insanın davranışlarından, bəlkə də heç bir həqiqət payı olmayan, tamamilə zehinlərində qurduqları düşüncələri səmimiyyətsiz şəkildə şərh etdiklərinə görə bu neqativ ruh halına düşüblər. Həmçinin bu narazılıqlarını da gizlincə ətraflarındakılara açıqlaya bilmək üçün bu şeytani üsuldan istifadə edirlər. Allah Quranda etdikləri pisliklərdən ötrü vicdanları qaralan insanların üzlərini zillət bürüdüyünü bildirir:

Pis əməllər qazanmış olanlar isə; hər pisliyin qarşılığı, öz misli ilədir. Bunları zillət bürüyər. Bunları Allahdan (qurtaracaq) heç bir qoruyucu yoxdur. Bunların üzləri, sanki qaranlıq gecənin parçalarına bürünmüş kimidir. Məhz bunlar Od sakinləridirlər; orada əbədi qalacaqlar. (Yunis surəsi, 27)

Üzləri sanki gecə qədər qaranlıq olan bu insanların baxışları normal deyil. Gözlərində rahat, hüzurlu və məmnun ifadəyə rast gəlmək çox çətindir. Güclü dərəcədə neqativ ruh halında olduqlarından narahatlıq və təvəkkülsüzlükləri gözlərinə əks olunar; bu gərginlik gözlərində fiziki mənada da yığılma yarada bilər. Gözləri mümkün qədər kiçilər və donuqlaşar. Zehinləri necə şeytanın təsiri altındadırsa, eynilə gözləri də güclü şəkildə şeytanın təsiri altındadır. Yoxsa bir insanın gözləri ortada heç nə olmadığı halda, səbəbsiz yerə bu hala düşməz; donuq və mənasız baxışlarla baxmaz. Səmimi, dürüst, normal insanın gözü açıq, aktiv və parlaqdır. Yaşadığı hadisələr əsasında gözündə növbənöv insani mənalar yaranar. Belə insanın gözlərinə rahat baxıla və əlaqə yaradıla bilər. Şeytanın təsiri altında olan insanların gözlərinə baxmaq isə, olduqca çətin və yorucudur. Bu insanla eyni mühitdə olunduğu müddətcə üzərindəki neqativ təsir, orada olan digər bütün insanları narahat edər.

Burada bunu da ifadə etmək lazımdır ki, əlbəttə, bu baxış pozuntusunu düzəltmək tamamilə insanın öz iradəsində olan vəziyyətdir. Qəlbindəki vəsvəsələri, şeytandan gələn pis düşüncələri bir kənara atıb, yerinə Quran əxlaqına uyğun, xeyirli düşüncələr qoyduğu zaman, üzü də, baxışları da Allahın icazəsi ilə aydınlanar və gözəlləşər. Hətta gözəl əxlaqı və Rəbbimizə olan təslimiyyəti dərəcəsində üzündəki nur, baxışlarındakı məna da getdikcə dərinləşər. Lakin həmin bu insanlar bu baxışlardan, müəyyən hədəflər əsasında bilərək istifadə etdikləri üçün, bu vəziyyəti ortadan qaldıracaq səy göstərməkdən də bilə-bilə qaçarlar.

Allah insanları tanımaq və diaqnoz etmək məsələsində baxışların əhəmiyyətinə Quranın bir çox ayəsində işarə etmiş; "əgər Biz istəsək, sənə onları, əlbəttə, göstərərik, beləliklə də onları üzlərindən tanıyarsan..." (Məhəmməd surəsi, 30) ayəsi ilə, üz ifadələrinin münafiqləri tanıdan mühüm xüsusiyyət olduğunu ifadə etmişdir.

Allah Quranda Peyğəmbərimizin (s.ə.v) dövründə yaşayan bir qrup səmimiyyətsiz insanın baxışlarından da nümunələr vermişdir. Bir ayədə, Peyğəmbərimiz (s.ə.v)-ə olan baxışlarındakı pozuqluğun şiddətini; "o inkar edənlər, zikri (Quranı) eşitdikləri zaman, səni az qala gözləri ilə devirəcəkdilər..." (Qələm surəsi, 51) şəklində bildirmişdir.

Halbuki nə cür baxsa da, hər insanın unutmaması lazım olan mühüm bir həqiqət var; Allah özünü hər an görür. Quranın; "gözlər Onu dərk edə bilməz. O isə bütün gözləri dərk edər. O, lətifdir, xəbərdardır!" (Ənam surəsi, 103) ayəsi ilə, Allah bu vəziyyəti insanlara bildirmişdir. Digər bir ayədə isə; "(Allah) gözlərin xainliyini və kökslərin gizlətdiyini bilər!" (Mümin surəsi, 19) hökmü ilə xaincə baxan gözlərə, bu insanların qəlblərində gizlətdiklərinə diqqət çəkilmişdir.

Şeytanın təsirinə düşüb bəzi pis əxlaq xüsusiyyətlərini qəlbində gizlicə yaşadan bu insanların görməzlikdən gəlməmələri lazım olan, çox mühüm bir məsələ daha var. Bu insanlar həqiqi niyyətlərini hərəkətlərində bəlkə açıq şəkildə göstərmir və pis əxlaq xüsusiyyətləri daşıyan davranışlardan ciddi çəkinə bilərlər. Lakin unudulmamalıdır ki, insanın yaşadığı şeytani ruh halını əks etdirən gözlərindəki ifadə də, ona axirətdə böyük məsuliyyətlər yükləyə bilər. Bir insan digər hər rəftarına çox diqqət yetirdiyi halda, sırf içində gizlətdiyi və baxışlarına əks olunan pisliklərdən ötrü, günaha girə bilər və Allahın rizasını və cənnətini qazanmaya bilər (doğrusunu Allah bilər). Allah Quranda, dünya həyatında məsuliyyətsizcə qazandıqlarından ötrü, axirətdə böyük peşmanlıq yaşayacaq insanların varlığını xatırladıb, bütün insanları bu təhlükəyə qarşı xəbərdar edir:

...Belə ki, saat (qiyamət günü) qəflətən onlara gəldikdə, günahlarını daşıyaraq deyəcəklər: "Onda (dünyada) məsuliyyətsizcə etdiklərimizdən ötrü, ayıb olsun bizə..." deyərlər. Diqqət yetirin, o edibqazandıqları necə də pisdir. (Ənam surəsi, 31)

 

 

 

Mənfi və pessimist üslubdan istifadə etmələri

Şeytan hiyləgərliklə idarəsi altına aldığı insanları Qurana zidd davranış formasına yönləndirmək üçün, onlara müxtəlif mənfi danışıq üsulları öyrədər. Bu danışıq üslubunun, daşıdığı şeytani yönlərin sübut edilməz olmasına böyük diqqət göstərilər. Ən əsas xüsusiyyətlərindən biri isə, ilk baxışda müsbət danışıq tərzi kimi görünməsidir. Dinləyən, danışanın olduqca faydalı mövzuya toxunduğunu və nəticədə də, sözlərini yenə Qurana uyğun mövzuya əsaslandıracağını zənn edər. Necə ki, söhbətin ümumi məğzindən bu yöndə bir məna da çıxar. Lakin aralarda çox incə üsullarla yerləşdirilmiş Qurana uyğun olmayan şeytani məntiqlər olar.

Belə mənfi üslubla şeytan hansı məqsədi güdür? Əsil üzə çıxarılması lazım olan mövzulardan biri də budur. Əvvəla, şeytan iman gətirənlər arasında fitnə törətmək, onları gizlincə mənfi düşüncələrə sövq edib pessimist ruh halına salmaq, aralarındakı qardaşlığı, birlik və həmrəyliyi yox etmək, hüzurlu və şən olmalarına mane olmaq və nəticə etibarilə də, onları Quran əxlaqından uzaqlaşdırmaq istəyər. Təsirinə saldığı insanların ağzından söylədiyi gizli pisliklər daşıyan danışıqlarla bu hədəfinə nail ola biləcəyini düşünər.

Lakin, əlbəttə ki, səmimi iman gətirənlər arasında belə şey qətiyyən mümkün olmaz. Hər şeydən əvvəl iman sahibləri Allahın rəhməti və qoruması altındadırlar. Allah səmimiyyətlərindən və hər işlərində Allahı vəkil tutmalarından ötrü, onları şeytanın və ya ona tabe olan insanların şərindən qoruyur. Onları doğru yolları üzərində sabit qədəm edir, Öz qatından verdiyi üstün ağıl, anlayış və diaqnoz qabiliyyəti ilə onların belə oyunları görmələrini və aradan qaldırmalarını təmin edir. Dolayısilə, şeytanın bu yöndəki bütün səyi boşa çıxmış olar.
İman gətirən insanlarla bir yerdə olub şeytana tabe olanlar isə əslində onun bu hədəflərini çox yaxşı bilirlər. Lakin şeytana xidmət edərkən öz aləmlərində olduqca fərqli hədəflər arxasınca gedərlər. Ətraflarına bir şeydən narahat olduqlarını ifadə etmək istədiklərinə görə şeytanın onlara ilham etdiyi bu üsuldan bilərək istifadə edərlər. Gizlicə göstərdikləri mənfi üslublarıyla diqqət çəkmək, maraq toplamaq, qayğı görmək və istəklərinin yerinə yetirilməsini təmin etmək istəyərlər. Quran əxlaqını yaşadıqları təqdirdə vicdan və ağıllarından istifadə edib səmimiyyət və dürüstlüklə əldə edə biləcəkləri nemətləri şeytani üsullarla əldə etməyə çalışarlar. Bu da qəti olaraq çıxılmaz yoldur. Möminlər şeytani üsullarla ortaya qoyulan tələblərə heç vaxt cavab verməzlər. İman sahibləri şeytanın təlqinlərinə qarşı insanları Quran əxlaqına çağırmaqla məsuldurlar. Şeytan insanları əks ehtimallarla aldatmağa, onları öz üsulları ilə xoşbəxtliyi yaşaya biləcəklərinə inandırmağa çalışar. Lakin şeytan insanlara yalandan başqa şey vəd etməz.

Heç kim həmişə mənfi danışan, narahatedici baxışlarla baxan, israrla səssiz, susqun və küskün rəftar göstərən, hər şeyin mənfi yönünü görüb pessimist açıqlamalar verən bir insandan xoşlanmaz. Belə insan xoşbəxt ola bilməyəcək və gözəl həyat yaşaya bilməyəcək. Tək çıxış yolu, pisliyin gizli və ya açıq hər növündən uzaqlaşıb, Allahın dininə təslim olmaq, Quran əxlaqını yaşamağın rahatlığını dadmaqdır.

 

 

Ətraflarındakı gözəllik və nemətləri dilə gətirməkdən qaçmaları

Şeytanın təlqinlərinə qapılaraq hər şeyə mənfi gözlə baxanlar, bir müddət sonra içində yaşadıqları çoxsaylı nemət və gözəlliyi görə bilməyəcək hala düşərlər. Ətraflarındakı hər şeyə tənqid etmək və qüsur tapmaq gözü ilə baxdıqları üçün, zehinlərini yalnız belə düşüncələr məşğul edər. Buna görə də, söhbətlərində, ümumiyyətlə, narahat olduqları mövzulardan gileylənər, lakin Allahın özləri üçün yaratdığı nemətlərdən bəhs etməzlər. Öz aləmlərində qüsur və ya nöqsan kimi gördükləri mövzulardan, olduqca səlis üslubla danışarkən Allahın nemət olaraq yaratdığı gözəllikləri dilə gətirməzlər. Çünki bu əxlaqı yaşayan insanlar şeytanın güclü təsiri ilə yalnız özlərinə qüsurlu görünən şeylərə diqqətlərini yönəldirlər.
Halbuki bu həqiqət çox yaxşı bilinməlidir ki, insanın sahib olduğu nemətlər özünə aid deyil. İnsan əsla belə haqsız iddia və sahiblənmə düşüncəsində olmamalıdır. Ən kiçiyindən ən böyüyünə qədər bütün nemətlər yalnız Allah istədiyi, lütf etdiyi üçün və qullarına olan sonsuz rəhmətinə görə mövcuddur. İnsanların sahib olduqları hər şey Allah onlara lütf etdiyi üçün özlərindədir. Allah Quranda sahib olduğu nemətlər barədə; "bu, mənə, məndə olan elmdən ötrü verilmişdir" (Qəsas surəsi, 78) deyən Qarun adlı şəxsin necə səhv davranış göstərdiyini və bundan ötrü, necə ibrət dolu aqibətə uğradığını belə bildirir:

Sonunda onu da, sarayını da yerin dibinə keçirdik. Beləliklə də, Allaha qarşı ona kömək edəcək camaatı olmadı. Həmçinin o, özünə kömək edə biləcək insanlardan da deyildi. (Qəsas surəsi, 81)

Qarunun vəziyyəti bütün insanların düşünüb ibrət götürməsi lazım olan həqiqətə işarə edir. Allah yer üzündəki bütün qullarına saysız-hesabsız nemət verir. Lakin yuxarıda ifadə etdiyimiz kimi, neqativ şəxsiyyətə yiyələnən insanların böyük hissəsi bəlkə də möminlərlə birlikdə yaşayarkən içərisində olduqları rifah mühitinin və rahatlığın verdiyi cəsarətlə belə xarakter göstərə bilirlər. Xoşbəxt ola biləcəkləri, şükür edə biləcəkləri o qədər nemətə baxmayaraq, gileylənmələri nankorluqlarının göstəricisidir. Halbuki sahib olduqları nemətlər əllərindən çıxsa, aclıq, xəstəlik, çətinlik kimi vəziyyətlərlə qarşılaşsalar, belə davranış göstərə bilməyəcəklər. Tam əksinə çox kiçik nemət belə onlar üçün çox dəyərli olacaq, bunun qiymətini ən yaxşı şəkildə biləcək və şükür edən əxlaq göstərəcəklər.

Allah; "Rəbbinin nemətindən dayanmadan danış" (Duha surəsi, 11) ayəsiylə, insanları həmişə nemətləri xatırlamaq və onlardan danışmaqla məsul etmişdir. Digər bir ayəsində isə Allah, insanların ətrafını əhatə edən nemətlərin çoxluğunu bildirməklə onlar üzərindəki rəhmətini belə xatırlatmışdır:

Əgər Allahın nemətlərini saymağa cəhd etsəniz, onu ümumiləşdirmə edərək belə sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir. (Nəhl surəsi, 18)

Şübhəsiz ki, ağıl və məntiq sahibi hər insan, bu həqiqəti çox açıq şəkildə görə bilər. Bunun üçün xüsusi səy göstərməsinə ehtiyac yoxdur; təkcə ətrafa dönüb baxması kifayətdir. O zaman niyə bəzi insanlar bu vəziyyəti anlamazlıqdan gəlir, niyə bu gözəllikləri gördüklərini dilə gətirmir və niyə bunların sevincini yaşamaqdan qaçırlar? Çünki bu şeytanın təsiri ilə baş verir; şeytan insanların bu həqiqətin dərk edərək yaşamalarını istəməz. Buna görə də, özünə qulaq asan insanların diqqətini mənasız düşüncələrə yönəldər və onlara vəsvəsə verər, beləliklə də, bunlardan başqa heç nə düşünə bilməyəcək hala gəlmələrini və Allahın üzərlərindəki rəhmətini təqdir edə bilməmələrini istəyər.

Lakin burada bunu da ifadə etmək lazımdır ki, bəzən şeytan insanlara bilavasitə belə təsir göstərməz. İnsanları bu hissədə ələ aldığımız neqativ xarakterə sürükləməsi ona kifayət edər. Belə əxlaq anlayışına sahib olan insan, artıq mənfi halları öz-özünə tapar, sırf tərslik olsun deyə gözəllikləri dilə gətirməkdən, gözəl sözlər söyləməkdən qaçar. Belə insanlar Allahın özləri üçün yaratdığı nemətləri bütün təfsilatları ilə gördükləri halda, ətraflarındakı insanlara bir şeydən "narazı olduqlarını" bəlli edə bilmək üçün, bilərək bunları dilə gətirməzlər. Bu, şeytanın insanlara öyrətdiyi hiyləgər və səssiz dil ilə verilən mesajlardan biridir. Hər kəsin sevinclə qarşıladığı gözəl bir xəbəri eşitməzlikdən gələr; hər kəs bu mövzuda şövq və həyəcanla səmimi fikirlər bildirərkən, bu insan nə danışanları təsdiqləyər, nə də özü bir söz söyləyər. Çox məcbur qaldığı zaman, söylədiyi bir neçə qısa sözü də xüsusilə soyuq və maraqsız səs tonu ilə söyləyər. Bu yolla, həmin mühitdə olan digər insanlardan olduqca fərqli  ruh halında olduğunu, bir şeydən narazı qaldığını, hətta müjdəli və sevincli xəbərin belə onu bu ruh halından xilas edə bilmədiyi xəbərdarlığını vermiş olar. Halbuki, əlbəttə, göstərilən bu səy tamamilə sünidir. Həmin bu insan istəsə dərhal bu ruh halından xilas ola biləcək iradəyə sahibdir. Lakin bunu bilərək istəmir və bilərək bu şeytani əxlaqı davam etdirir. Nemətlərdən, gözəlliklərdən bəhs etsə, üzərindəki neqativ ruh halı dərhal yox olacaq, doğrunu görə biləcək və Quran əxlaqının tələb etdiyi əxlaqı göstərə biləcək. Bunu istəmədiyi üçün, daxilən şeytanın səsinə qulaq asmağın üzərində yaratdığı ağırlıqla bilərək susqun qalır. Şeytan qurduğu tələlərlə, insanlara etdikləri pis əməlləri gözəl göstərir, öz iradə və istəkləri ilə onları özlərinə zərər verəcək sistemə sürükləyir.
Quran ayələrində nankor rəftar göstərərək Rəbbimizin nemətlərini xatırlamaqdan qaçan insanların əslində göstərdikləri bu əxlaqdan xəbərdar olduqları belə bildirilir:

Həqiqətən, insan Rəbbinə qarşı nankordur və həqiqətən, özü buna şahiddir. (Adiyat surəsi, 6-7)

Digər bir ayədə isə Allah, həmin bu insanların əslində nemətləri görə bilən insanlar olduqlarını belə bildirmişdir:

Onlar Allahın nemətini bilirlər, sonra da inkar edirlər; onların əksəriyyəti inkar edənlərdir. (Nəhl surəsi, 83)

Halbuki bu vəziyyətdə insan dərhal Allaha sığınmalı; Quran əxlaqına uyğun olmayan bir davranışda israr etdiyi təqdirdə Allahın əzabla qarşılıq verə biləcəyini xatırlamalıdır. Belə bir insan Rəbbimizin sonsuz gücü qarşısındakı acizliyini, Onun rəhmətinə möhtac olduğunu düşünməklə belə cəsarət göstərə bilməyəcək əxlaq nümayiş etdirməlidir.

Unudulmamalıdır ki, Allahın verdiyi saysız-hesabsız neməti təqdir edə bilməz hala düşən bu insanlar, bir müddət sonra artıq istəsələr də, sahib olduqları nemətlərdən zövq ala bilməyəcək vəziyyətə düşə bilərlər.

 

 

Neqativ əxlaq təkcə insanın özünə zərər verər

Bu insanların şeytanın təsiri ilə yaşadıqları ruh halına və bundan ötrü yaşadıqları sıxıntıya baxıldığı zaman, ətraflarındakı insanlara gizli mesajlar verə bilmək üçün, büründükləri bu xarakterin özlərinə necə zərərlə qayıtdığı açıqca görünə biləcək.
Saatlar, günlər, aylar boyunca bu insanların ağıllarını məşğul edən və heç cür xilas ola bilmədikləri mənfi düşüncələrə belə misallar verə bilərik:

Vicdan əzabı çəkdiyi hadisələri öz-özünə təkrarlamaq, ətrafında pis insanların olduğunu iddia etmək, vicdanına qətiyyən təslim olmamaqda qətiyyətli olmaq. Ətrafındakıları narahat etmək, qürurda inad etmək. Həmişə ən pis ehtimalın həqiqət olduğunu düşünmək. Sevilməmək üçün əlindən gələni etmək və sonra da "nə üçün sevilmirəm" deyə təəccüblənmək, kədərlənmək. Hər şeyə mənfi gözlə baxmaq və hər şeyə qarşı çıxmaq, sonra da xoşbəxt ola biləcək heç nə olmadığını söyləmək. Getdiyi hər yerə sıxıntı və vəsvəsələrini də aparmaq və başqalarından sıxılmaq. Tərsliyə vərdiş etmək. Özünü çirkinləşdirmək üçün əlindən gələni etmək, sonra buna kədərlənmək.

Bunlar şeytanın təlqin etdiyi neqativ baxış prizması ilə insanlara qurduğu tələlərdən yalnız az hissədir. Şeytanın təsirinə düşərək mənfi baxış prizması ilə hərəkət edən bir insan, az qala özünün düşməni olar. Hər şeyin sonsuz mərhəmət sahibi olan Allahın idarəsində olduğunu unutduğundan daimi qorxu və vəlvələ içində yaşayar. Bu sıxıntılı ruh halından ötrü içinə qapanar; təkliyi seçər. Çünki belə vəziyyətdə hüznünü ümidsiz yaşayar və rahat-rahat fantastik hekayələr qurmağa vaxt tapar. Allahı unutmuş və insanları ön plana çıxardıb onlara yönəlmiş düşüncə tərzi, bu insanlara özlərinə əzab vermələri üçün geniş imkanlar təqdim edər. Yığıncağa getmək, avtobusa gecikmək və ya bir paltarı bəyənməmək kimi səbəblər belə, böyük fəlakətlərmiş kimi fövqəladə əhəmiyyət qazanar. İnsan bunlara əhəmiyyət verməməsinin lazım olduğunu özünə nə qədər sübut etməyə çalışsa da, tapdığı dəlillərin heç bir təsiri olmaz. Çünki sahib olduğu ruh halında bu qeyri-mümkündür. Hər şeyin Allahın məlumatı daxilində başına gəldiyini unudur; insanları və hadisələri özünün yönləndirməsinin lazım olduğuna inanır. Buna gücünün heç cür çatmadığını gördükdə isə məhv olur.

Belə vəziyyətdə ən güclü bədənin belə gərginlikdən çökməsi qaçılmazdır. İnsanların və hadisələrin Allahdan müstəqil olduğunu düşündükləri üçün, xeyirləri və gözəllikləri görə bilməyən, tamamilə mənfi baxış prizmasına sahib olan bu insanları, müəyyən məqamdan sonra artıq heç nə maraqlandırmaz. Hər şeyə pessimist gözlə baxarlar. Hər nə qədər özlərinə etiraf edə bilməsələr də, xoşbəxtliyə və sevgiyə artıq inanmazlar. İçində olduqları vəziyyəti düşündükcə sıxıntıları daha da artar. Ümidsizlik onlara çox çətin gələr. Biri özünə iltifat etsə, özüylə lağ etdiyini zənn edər, birindən yaxşılıq görsə, bunu özünü hörmətdən salmaq üçün etdiyinə inanar. Biri nəsə gizlətsə, bunun özüylə əlaqədar, əleyhində bir mövzu olduğunu düşünər. Beyni həmişə qeyri-sağlam işləyər və bunun Quran əxlaqını yaşayıb Allaha təvəkkül etməkdən başqa həlli yoxdur. Çünki ən yaxşı hadisələr belə özünü Allaha təslim etməyən, neqativ baxan və özünü bədbəxt hiss edən bir insanı məmnun edə bilməz. Allah Quranda bu insanların ruh halına; "Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi…" (Muminun surəsi, 106) ayəsi ilə işarə edir.

Halbuki Allahın diləməsi ilə hər cür pislikdən xilas olmaq insanın öz əlindədir. Allah bu həqiqəti Quranın bir çox ayəsi ilə insanlara bildirmişdir. Allah nəfsə həm pisliyi, həm də ondan çəkinməyin yollarını ilham etmişdir. Dolayısilə, hər insan yaradılışdan bu imkana sahibdir. "Əlimdə deyil" deyərək, ümidsizliyə qapılmaq isə təkcə Quranı bilməyən, din əxlaqını yaşamayan bir insana aid ola bilər. Möminlər belə aciz və gücsüz danışığın, iman əxlaqına uyğun gəlməyəcəyini bilərlər.

Möminlərin qəlbinə imanlarını artırsınlar deyə “etimad duyğusu və hüzur” nazil edən Odur... (Fəth surəsi, 4)

...Bundan sonra sizə Mənim tərəfimdən hidayət gəldikdə, kim Mənim hidayətimə tabe olsa, onlara qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 38)